Geri qayıt Çap et

OPEC+ qərarı neft qiymətlərini aşağı saldı

Dünya bazarlarında neft qiymətləri bu gün ucuzlaşıb.

Reutersin məlumatına görə, qiymətlərin azalmasına OPEC+ ölkələrinin avqust ayından hasilatı artırmaq barədə razılığa gəlməsi təsir edib.

London birjasında “Brent” markalı neftin qiyməti 24 sent azalaraq 71,88 dollar təşkil edib. ABŞ-ın WTI markalı nefti isə 11 sent ucuzlaşaraq 68,58 dollara enib.

Məlumata görə, bazara əlavə təzyiq yaradan amillərdən biri də Fars körfəzi ölkələrinin Hörmüz boğazı üzərindən neft ixracını bərpa etməsidir.

OPEC+ avqustdan etibarən hasilat hədəflərini gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.

DenMedia.az