Geri qayıt Çap et

Dünya bazarında Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti aşağı düşüb.

Reuters xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar, yaxud 0,9 faiz azalaraq 71,81 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,46 dollar olub.

Beynəlxalq bazarlarda isə neft qiymətləri həftəni ciddi dəyişiklik olmadan başa vurub. Reuters-in məlumatına görə, Brent markalı neftin fyuçersləri 71,94 dollar, ABŞ-ın WTI markalı nefti isə 68,78 dollar səviyyəsində olub. Bazarda əsas diqqət ABŞ və İran arasında sülh səylərinə, eləcə də mümkün tədarük risklərinə yönəlib.

DenMedia.az