Geri qayıt Çap et

Dünya bazarında neftin bugünkü qiyməti məlum oldu

Dünya bazarlarında neft qiymətləri bu gün dəyişkən dinamika nümayiş etdirir.

Investing.com-un məlumatına görə, Brent markalı neftin bir bareli 73,69 dollar səviyyəsindədir. Finanzen.net isə WTI markalı neftin bir barelini 70,53 dollar olaraq göstərir.

Bazarda əsas diqqət ABŞ-İran münasibətləri və Yaxın Şərqdə geosiyasi gərginliyin enerji daşımalarına mümkün təsiri üzərində qalır. Analitiklər bildirirlər ki, xüsusilə Hörmüz boğazı ətrafında vəziyyət neft qiymətlərinin istiqamətinə təsir edən əsas amillərdən biri olaraq qalır.

DenMedia.az