Dünya bazarında neft qiymətləri ucuzlaşıb.
“Reuters”in məlumatına görə, “Brent” markalı neftin bir bareli 0,5 faiz azalaraq 76,71 dollara düşüb.
ABŞ-nin WTI markalı xam nefti isə 72,85 dollar səviyyəsində qərarlaşıb.
Qiymətlərin geriləməsi Hörmüz boğazı vasitəsilə neft daşımalarının normallaşacağına dair gözləntilərlə əlaqələndirilir.
Bazarda ABŞ-İran gərginliyinin azalması və regionda neft axınının bərpa olunacağına dair siqnallar qiymətlərə təzyiq göstərib.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdə tədarük riskləri zəiflədikcə neft bazarında bahalaşma təzyiqi də azalır.
Bununla yanaşı, ABŞ-də xam neft ehtiyatlarının gözləniləndən az azalması da bazarda qiymətlərin aşağı düşməsinə təsir edən amillərdən biri kimi göstərilir.