Geri qayıt Çap et

Azərbaycandan Ermənistana 1000 ton dizel yanacağı ixrac edildi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac edilib. Eyni zamanda Azərbaycan ərazisindən keçməklə tranzit yüklərin daşınması da həyata keçirilib.

Məlumata görə, Balacarı stansiyasından Böyük Kəsik istiqamətinə ümumi çəkisi təxminən 1000 ton olan 17 vaqon dizel yanacağı göndərilib.

Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə növbəti yük daşınması da reallaşdırılıb.

Balacarı stansiyasından Böyük Kəsik istiqamətinə ümumi çəkisi 1260 ton olan 18 vaqon buğda yola salınıb.

DenMedia.az