Geri qayıt Çap et

Neft qiymətləri yenidən bahalaşdı

Bu gün dünya bazarında neft qiymətləri yenidən bahalaşıb.

Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 97,05 dollar/barel, ABŞ-ın WTI markalı xam neftinin qiyməti isə 94,77 dollar/barel səviyyəsinə yüksəlib.

Qiymət artımı Yaxın Şərqdə gərginliyin yenidən alovlanması və ABŞ-İran danışıqlarının dalana dirənməsi fonunda baş verib. Bazarda əsas narahatlıq Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlıdır. Bu marşrut qlobal enerji tədarükü üçün strateji əhəmiyyət daşıyır və bölgədəki hərbi-siyasi risklər neft qiymətlərinə birbaşa təsir edir.

Bundan başqa, ABŞ-da xam neft ehtiyatlarının ardıcıl yeddinci həftə azaldığı bildirilir. Amerika Neft İnstitutunun məlumatına görə, mayın 29-da başa çatan həftədə ehtiyatlar 6,8 milyon barel azalıb. Bu da bazarda təkliflə bağlı narahatlığı artıran amillərdən biridir.

DenMedia.az