Geri qayıt Çap et

Azərbaycan 7,5 milyard dollarlıq sazişlər imzaladı

Azərbaycan Bakı Enerji Həftəsi və ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində ABŞ, Türkiyə, Serbiya, Fransa və San-Marino şirkətləri ilə ümumi dəyəri 7,5 milyard dollar olan sazişlər paketi imzalayıb.

Sənədlər energetika, investisiya, rəqəmsal texnologiyalar və kritik minerallar sahələrini əhatə edir.

Tərəfdaşlar sırasında Shell, Chevron, Oracle, JP Morgan, Apollo Global Management və Comstock Resources kimi beynəlxalq şirkətlər yer alır.

Bakıda bildirilib ki, imzalanan sazişlər Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığı energetika, investisiyalar, innovasiyalar və strateji resursların idarə olunması sahələrində yeni mərhələyə çıxarır.

DenMedia.az