Geri qayıt Çap et

Azərbaycan Ermənistana ixracı 10 milyon dollara yaxınlaşdırdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana ümumilikdə 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ümumi ixrac həcminin 3 milyon 889 min dolları aprel ayının payına düşüb.

Eyni dövrdə Ermənistandan Azərbaycana dolayı idxalın həcmi isə cəmi 960 ABŞ dolları təşkil edib. Aprel ayında bu ölkədən idxal qeydə alınmayıb.

DenMedia.az