İran ətrafında yaranan gərginliklə bağlı qlobal enerji böhranı yay mövsümü və gözlənilən tələbat artımı ərəfəsində yeni mərhələyə daxil olur.
Bu barədə Britaniyanın Financial Times nəşri yazır.
Nəşrin məlumatına görə, artıq 80-ə yaxın ölkə milli iqtisadiyyatlarını qorumaq üçün fövqəladə tədbirlər tətbiq edib.
Financial Times qeyd edir ki, Şimal yarımkürəsində yayın başlanması ilə kondisionerlərə tələbatın artması və turist səfərlərinin çoxalması enerji bazarlarına əlavə təzyiq yarada bilər. Qəzetin yazdığına görə, bu vəziyyət xam neft, benzin, dizel və aviasiya yanacağı ehtiyatları üzərində təzyiqi daha da artıracaq.
Aberdeen idarəetmə şirkətinin baş iqtisadçısı Pol Diqql bildirib ki, onun komandası Brent markalı neftin qiymətinin bir barel üçün 180 dollara qədər yüksələ biləcəyi ssenarini nəzərdən keçirir.
Onun sözlərinə görə, belə bir artım inflyasiyanın kəskin sürətlənməsinə və bir sıra Avropa və Asiya ölkələrində resessiyaya səbəb ola bilər.