Geri qayıt Çap et

Neft bazarında dəyişiklik: “Azeri Light” ucuzlaşdı

Dünya bazarlarında Azərbaycan neftinin “Azeri Light” markası (CIF) ucuzlaşıb.

Azərbaycan neftinin bir barrelinin qiyməti 1,12 ABŞ dolları və ya 0,94 faiz azalaraq 118,56 dollar təşkil edib.

Qeyd olunub ki, bundan əvvəl “Azeri Light” neftinin qiyməti bir barel üçün 119,68 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barrelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Denmedia.az