Geri qayıt Çap et

Azeri Light bahalaşdı: qiymət 122 dolları keçdi

Azeri Light markalı neftin qiyməti dünya bazarında kəskin artaraq 122,32 dollara çatıb.

Qiymət 6,43 dollar (+5,55%) yüksəlib. Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazası üzrə qiymət 6,33 dollar (+5,62%) artaraq 119,02 dollar olub.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 65 dollar səviyyəsində götürülüb.

Tarixi göstəricilərə görə, minimum qiymət 2020-ci ilin aprelində 15,81 dollar, maksimum isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Neft hasilatı Azəri–Çıraq–Günəşli yataqlar blokunda aparılır və burada SOCAR-ın payı 31,65% təşkil edir.

DenMedia.az