Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
Birja məlumatlarına görə, COMEX-də qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 0,37% ucuzlaşaraq 4 811,16 ABŞ dolları təşkil edib.
Eyni zamanda COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin dəyəri 1,31% azalaraq 78,987 ABŞ dolları səviyyəsində qərarlaşıb.