Geri qayıt Çap et

Zəngilanda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçirilir

Bu gün Zəngilan şəhərində Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

İclas Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə baş tutur. Görüş çərçivəsində iki ölkə arasında praktiki əməkdaşlığın bütün aktual istiqamətləri müzakirə olunur.

Gündəlikdə ticarət-iqtisadi, sənaye, energetika, nəqliyyat-logistika və aqrar-sənaye sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri əsas yer tutur.

DenMedia.az