Geri qayıt Çap et

Dünyanın ən qədim bankında gözlənilməz qərar: CEO vəzifədən uzaqlaşdırıldı

Banca Monte dei Paschi di Siena SpA-nın — dünyanın ən qədim fəaliyyət göstərən bankının — direktorlar şurası baş icraçı direktor Luici Lovalyo ilə müqaviləni birtərəfli qaydada ləğv etmək qərarı verib.

İki həftə əvvəl Lovalyo vəzifəsini tərk etmək istəmədiyinə görə direktorlar şurası ilə münaqişədən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Martın əvvəlində şura onun yenidən seçilmək üçün namizədliyini irəli sürməmək qərarına gəlib. Daha sonra məlum olub ki, CEO vəzifəsinə yeganə namizəd kommunal xidmətlər göstərən Acea şirkətinin rəhbəri Fabrizio Palermo olacaq.

Lovalyo 2022-ci ildə Monte Paschi bankına rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi dövründə bank restrukturizasiya keçirib, 10 ildən çox fasilədən sonra ilk dividendlərini elan edib və Mediobancanın alınması üzrə razılaşma həyata keçirib.

Çərşənbə günü keçirilən ticarətdə Monte Paschi səhmləri 6,3% bahalaşıb. İlin əvvəlindən bankın kapitallaşması 14,3% azalaraq 22,37 milyard avroya düşüb.

DenMedia.az