Geri qayıt Çap et

Donald Tramp 2027 maliyyə ili üçün müdafiəyə 1,5 trilyon dollar tələb edir

ABŞ prezidenti Donald Tramp 2027 maliyyə ili üçün müdafiə xərclərinə 1,5 trilyon dollar ayrılması üçün Konqresə müraciət edib.

Bu barədə ABŞ KİV-ləri Ağ Evə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, son onilliklərdə bu məqsədlə edilən ən böyük maliyyə sorğusudur.

Ağ Ev sənədində göstərilir ki, bu məbləğ 2026-cı illə müqayisədə 445 milyard dollar, yəni 42% daha çoxdur.

Eyni zamanda, Donald Trampın təklifinə Pentaqonun müdafiə ilə bağlı olmayan xərclərinin 10% azaldılması da daxildir.

DenMedia.az