Geri qayıt Çap et

"QatarEnergy" fors-major elan etdi - qaz tədarükü risk altındadır

"QatarEnergy" İranın Ras Laffandakı obyektlərinə hücumlarından sonra uzunmüddətli müqavilələr üzrə fors-major elan edib.

Bu barədə Al Jazeera məlumat yayıb.

Söhbət İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündən gedir.

“18 və 19 mart tarixlərində Ras Laffan-a edilən hücumlar şirkətə ciddi zərər vurub.”

Məlumata görə, hücumlar nəticəsində enerji infrastrukturu zədələnib və bu, qaz tədarük zəncirinə birbaşa təsir göstərib.

DenMedia.az