Geri qayıt Çap et

Azeri Light bahalaşdı: neft qiyməti 122,7 dollara yüksəldi

Azərbaycan nefti “Azeri Light” dünya bazarında bahalaşmağa davam edir.

Son məlumata görə, bir barelin qiyməti 4,91 dollar (4,17%) artaraq 122,7 dollara çatıb.

Bu artım qlobal enerji bazarındakı gərginlik və tələbin yüksəlməsi fonunda qeydə alınıb.

Xatırladaq ki, Azeri Light neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə — 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda — 149,66 dollar olub.

Hazırkı qiymət son illərin ən yüksək səviyyələrindən biri hesab olunur.

DenMedia.az