Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olunur.
Denmedia.az metbuat.az-a istinadən xəbər verir ki, etibarən həm dana, həm də quzu ətinin qiyməti bahalaşıb.
Dünən dana ətinin bir kiloqramı muştərilərə 16-17 manata təklif olunduğu halda bu gün 18 manata satılır.
Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 20-21 manata alıcılara təklif olunur.
Qəssablar söhbət zamanı qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlasmasının qiymət artımına təsir göstərdiyini bildiriblər.