Geri qayıt Çap et

Tehran neft oyununun qaydalarını dəyişir - Hörmüz boğazında yuan şərti

Tehran Hörmüz boğazından məhdud sayda neft tankerinin keçməsinə icazə verilməsi ehtimalını nəzərdən keçirir.

Bu barədə CNN məlumat yayıb.

Yüksək vəzifəli İran rəsmisi bildirib ki, belə bir qərar yalnız neft yüklərinin Çin yuanı ilə satılması halında müzakirə oluna bilər.

Məlumatda qeyd olunur ki, bu addım İslam Respublikasının Hörmüz boğazından keçən neft tanker axınını tənzimləmək üzrə yeni planı fonunda gündəmə gətirilib.

Agentliyin həmsöhbəti xatırladıb ki, hazırda qlobal neft ticarəti demək olar ki, tam şəkildə ABŞ dolları ilə aparılır.

 İstisna kimi yalnız Rusiya nefti göstərilir — o, bəzi hallarda rubl və ya yuan ilə satılır.

DenMedia.az