Geri qayıt Çap et

Yaxın Şərq gərginliyi nefti yenidən 100 dolların üzərinə qaldırdı

Neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması fonunda sürətlə yüksəlməkdə davam edir. Londonun ICE birjasının məlumatına görə, 12 martda Brent markalı neftin may fyuçersləri 14,33 faiz bahalaşaraq bir barel üçün 100,39 dollar səviyyəsinə çatıb.

Bu, son iki həftə ərzində neft qiymətlərinin ikinci dəfə 100 dollar həddini keçməsi deməkdir.

Qiymətlərin artmasına ABŞ və İsrailin İrana qarşı 28 fevralda başlayan hərbi əməliyyatı və bunun ardınca Hörmüz boğazında yaranan gərgin vəziyyət səbəb olub.

Mütəxəssislər qeyd edir ki, dünya neft tədarükünün təxminən 20 faizi məhz Hörmüz boğazından keçir. Bölgədə artan gərginlik, tankerlərə zərbələr və tədarükün pozulacağı ilə bağlı qorxular treyderləri qiymətlərə daha yüksək riskləri daxil etməyə məcbur edir.

DenMedia.az