Brent markalı neftin qiyməti ABŞ prezidenti Donald Trampın İranda müharibənin “demək olar ki, bitdiyi” ilə bağlı açıqlamasından sonra bir barel üçün 100 dollardan aşağı düşüb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, qiymətlərin azalması Trampın ABŞ-ın İrana qarşı hərbi əməliyyatının tezliklə başa çata biləcəyini bildirməsindən sonra baş verib. ABŞ lideri əməliyyatın planlaşdırılandan daha sürətlə getdiyini də qeyd edib.
Bloomberg yazır ki, bu açıqlama enerji qiymətlərinin kəskin artması fonunda Vaşinqtona təzyiqlərin artdığı bir vaxtda səsləndirilib.
Xatırladaq ki, Tramp daha əvvəl İranda müharibənin demək olar ki, başa çatdığını bildirmişdi.