Geri qayıt Çap et

Brent nefti birdən niyə belə bahalaşdı?

Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin may tədarükü üzrə qiyməti bir barel üçün 115 dolları keçib. Bu göstərici 29 iyun 2022-ci ildən bəri ilk dəfə qeydə alınıb.

Bakı vaxtı ilə saat 06:12-də neftin qiyməti bir barel üçün 115,33 dollar səviyyəsində ticarət olunub. Bu isə 23,21 faiz artım deməkdir.

06:16-da qiymət artımını daha da sürətləndirərək 117 dollar həddini keçib. Bu səviyyə 17 iyun 2022-ci ildən bəri ilk dəfə qeydə alınıb. Həmin anda Brent neftinin qiyməti 117,16 dollar olub ki, bu da 26,4 faiz artım deməkdir.

06:20-də isə neft bir barel üçün 118,73 dollar səviyyəsinə yüksələrək 28,09 faiz artım göstərib.

Lakin 06:25-də artım tempi zəifləyib və qiymət 116,36 dollar səviyyəsində qərarlaşıb. Bu isə 25,54 faiz artım deməkdir.

Denmedia.az