Geri qayıt Çap et

49 nömrəli marşrutun avtobusları yenilənir

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Denmedia.az