Çexiyalı sahibkar Mixal Strnadın sərvəti onun müdafiə sənayesində fəaliyyət göstərən Czechoslovak Group (CSG) şirkətinin birjaya çıxmasından sonra 37 milyard ABŞ dollarına çatıb.
Bloomberg Billionaires Index məlumatına görə, 33 yaşlı Strnad hazırda dünyada müdafiə sənayesində ən varlı biznesmen olub. O, eyni zamanda 40 yaşdan aşağı dünyanın ən varlı şəxsləri siyahısında üçüncü yeri tutur. Bu siyahıda o, Walmart sahiblərindən olan Lukas Uoltona (49 milyard dollar) və Red Bull qurucusunun oğlu Mark Mateşiçə (38,4 milyard dollar) uduzur.
Mixal Strnad Czechoslovak Group şirkətini atasından miras alıb. O, 21 yaşında şirkətin baş icraçı direktoru, beş il sonra isə əsas sahibi olub.
CSG şirkəti cümə günü Euronext Amsterdam birjasında 3,8 milyard avro dəyərində ilkin səhmlərin yerləşdirilməsini (IPO) həyata keçirib. Şirkətin bazar dəyəri 25 milyard avro olaraq qiymətləndirilib. Ticarət zamanı şirkətin səhmlərinin qiyməti 32 faizədək artıb.