Geri qayıt Çap et

Qiymətli metallar bahalaşır: Gümüş 99 dolları aşdı

Comex birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin mart tədarüklü gümüş fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək troya unsiyası üzrə 99 dolları ötüb.

Ticarət meydançasının məlumatına görə, Bakı vaxtı ilə saat 06:46-da gümüşün qiyməti 7,08% artaraq 99,2 dollar təşkil edib.

Saat 08:36-da isə artım tempi bir qədər zəifləyib və qiymət 98,69 dollara (+6,53%) enib.

Eyni zamanda, Comex-də 2026-cı ilin fevral tədarüklü qızıl fyuçersləri də bahalaşıb — 2,47% artaraq 4 956,8 dollar səviyyəsinə yüksəlib.

DenMedia.az