Geri qayıt Çap et

Dolların qlobal ehtiyatlardakı payı 20 ilin minimumuna düşdü

Dünya valyuta ehtiyatlarında ABŞ dollarının payı 40 faizə enib. Bu, son 20 ilin minimum göstəricisidir. Bu barədə analitik resurs The Kobeissi Letter məlumat yayıb.

Məlumata görə, son on il ərzində dolların qlobal ehtiyatlardakı payı 18 faiz bəndi azalıb. Eyni dövrdə qızılın payı 12 bənd artaraq 28 faizə çatıb ki, bu da 1990-cı illərin əvvəllərindən bəri ən yüksək göstəricidir. Hazırda dünya ehtiyatlarında qızılın həcmi avro, funt sterlinq və yenin birlikdə payını üstələyir.

Mütəxəssislər bu tendensiyanı mərkəzi bankların aktivlərini diversifikasiya etmək, dollar asılılığını azaltmaq və qızıla üstünlük vermək istəyi ilə izah edirlər. Bu prosesin nəticəsi olaraq 2025-ci ildə qızılın qiyməti 65 faiz artıb ki, bu da 1979-cu ildən bəri ən böyük illik artım hesab olunur.

DenMedia.az