Geri qayıt Çap et

Rusiya şirniyyatlarının ABŞ-a idxalı rekord səviyyəyə çatdı

2025-ci ilin yanvar–oktyabr aylarında ABŞ-a Rusiya şirniyyatlarının idxalı 2021-ci ildən bəri maksimum səviyyəyə çatıb. Bu barədə ABŞ statistika xidmətinin məlumatlarını təhlil edən "RİA Novosti" xəbər verir.

Göstərilən dövrdə Amerika şirkətləri Rusiyadan karamel, şokolad və un məmulatları olmaqla ümumilikdə 5 milyon dollar dəyərində məhsul alıb. Şirniyyat məhsullarının tədarükü illik müqayisədə 13% artaraq, 2023-cü ilin göstəricilərini iki dəfədən çox üstələyib.

Agentliyin dəqiqləşdirdiyinə görə, amerikalıların ən çox bəyəndiyi məhsul Rusiya istehsalı un məmulatları olub — 10 ay ərzində onların idxalı 23% artaraq 2,1 milyon dollara çatıb. Karamel idxalı isə 1,6 dəfə artaraq 1,1 milyon dollar təşkil edib.

Hesabat dövründə Rusiya şokoladının tədarükü isə 10% azalaraq 1,9 milyon dollar olub.

DenMedia.az