Geri qayıt Çap et

Neft bazarında artım: “Azeri Light” yenidən yüksəldi

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,04 ABŞ dolları və ya 0,01 % artaraq 65,71 ABŞ dolları olub.

DenMedia.az xəbər verir ki, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 62,56 ABŞ dolları səviyyəsində formalaşıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.