Geri qayıt Çap et

Azərbaycan nefti dünya bazarında ucuzlaşdı

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.

Denmedia.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri azalaraq 70,65 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.