Geri qayıt Çap et

Ronaldunun əfsanəvi 7 nömrəsi yeni sahibinə verildi

Portuqaliya millisində Kriştianu Ronaldunun uzun illər geyindiyi 7 nömrəli forma 22 yaşlı Karlos Forbsa verilib.

UEFA-nın məlumatına görə, Belçikanın “Brügge” klubunda çıxış edən hücumçu bundan sonra milli komandada 7 nömrəli formanı geyinəcək.

Forbs indiyədək Portuqaliya millisində cəmi bir oyun keçirib. O, 2025-ci ilin noyabrında dünya çempionatının seçmə mərhələsində Ermənistana qarşı matçda debüt edib. Portuqaliyanın 9:1 hesablı qələbəsi ilə başa çatan görüşdə hücumçu məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, 41 yaşlı Kriştianu Ronaldu noyabrın əvvəlində Portuqaliya millisindəki karyerasını başa vurduğunu bildirib.

2003-cü ildən yığmanın formasını geyinən və 18 il komandanın kapitanı olan beşqat “Qızıl top” sahibi 234 oyunda 146 qol vuraraq milli komandalarda bu göstəricilər üzrə rekordçu kimi karyerasını tamamlayıb.

Denmedia.az