Geri qayıt Çap et

“Neftçi” “Kəpəz”i məğlub edərək liderliyini möhkəmləndirdi

Futbol üzrə Azərbaycan Misli Premyer Liqasının XI turunda “Neftçi” “Kəpəz”ə qalib gəlib.

“Palms Sports Arena”da keçirilən qarşılaşma Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Bu qələbədən sonra xallarının sayını 24-ə çatdıran “Neftçi” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Kəpəz” isə 17 xalla beşinci pillədə qərarlaşıb.

Denmedia.az