Geri qayıt Çap et

Azərbaycan – Vyetnam matçında 6 qol: Millimiz məğlub oldu

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda turnirdə 9-cu matçına çıxaraq Vyetnam yığması ilə qarşılaşıb.

81–84-cü yerlər uğrunda yarımfinal görüşündə Azərbaycan millisi 2:4 hesabı ilə məğlub olub.

Yığmamızın heyətində qolları Murad Məmmədzadə və Yusif Əlizadə vurublar.

Denmedia.az