Geri qayıt Çap et

Ronaldu “Qızıl top” yarışında Messini qabaqladı

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “France Football” jurnalının təşkil etdiyi “Bütün dövrlərin Qızıl topu” adlı azarkeş səsverməsində birinci yeri tutub.

Səsvermədə Ronaldunun 2008-ci ildə qazandığı “Qızıl top” mükafatı ən yaxşı nəticə göstərib. İkinci yerdə isə argentinalı Lionel Messinin 2012-ci ildə əldə etdiyi mükafat qərarlaşıb.

Maraqlıdır ki, səsvermədə iştirak ödənişli olub və hər səs üçün 1 avro tələb edilib. Azarkeşlərə bir neçə dəfə səs verməyə də icazə verilib. Bəzi iştirakçılar hətta 26 dəfə səs veriblər.

Nəticələr 2026-cı ilin “Qızıl top” mükafatının Harri Keynə təqdim edilməsindən iki gün sonra açıqlanıb.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində 8 dəfə, Kriştianu Ronaldu isə 5 dəfə “Qızıl top” qazanıb.

Yeni səsvermə Ronaldunun rəsmi mükafatlarının sayını artırmır. Bu, azarkeşlərin əvvəlki illərin “Qızıl top” qalibləri arasında keçirdiyi ayrıca seçimdir.

Denmedia.az