Geri qayıt Çap et

Messi gələcəyin 10 ulduzunu seçdi - FOTO

Dünya futbolunun əfsanəvi simalarından Lionel Messi gələcəyin ən perspektivli futbolçuları sırasında gördüyü 10 gəncin adını açıqlayıb.

Siyahı “Adidas”ın “Messi +10” layihəsinin üçüncü mövsümü çərçivəsində təqdim olunub. Seçilən futbolçular arasında Türkiyə millisinin və Almaniyanın “Ayntraxt Frankfurt” klubunun üzvü Can Uzun da yer alıb.

Beləliklə, Can Uzun siyahıya daxil edilən yeganə Türkiyə millisinin futbolçusu olub.

Messinin seçdiyi 10 gənc futbolçu bunlardır:

Can Uzun – Türkiyə / “Ayntraxt Frankfurt”
Tomas Aranda – Argentina / “Boka Xuniors”
Gilberto Mora – Meksika / “Tixuana”
Maks Dauman – İngiltərə / “Arsenal”
Zavier Qozo – ABŞ / “Kristal Pelas”
Xesus Rodriges – İspaniya / “Komo”
Kes Smit – Niderland / AZ Alkmaar
Xloya Sarvi – İngiltərə / “Çelsi” qadın komandası
Covanna Vaksman – Braziliya / “Lion” qadın komandası
Lotta Vrede – Almaniya / “Hamburq” qadın komandası

Siyahıya 7 kişi və 3 qadın futbolçu daxil edilib.

Qeyd edək ki, Can Uzun “Ayntraxt Frankfurt”un əsas heyətində çıxış edir və daha əvvəl Lionel Messini öz futbol kumiri adlandırıb.

Denmedia.az