Geri qayıt Çap et

Holand, Doku, Şerki – “Mançester Siti” “Liverpul”a aman vermədi

“Mançester Siti” İngiltərə Premyer Liqasının VI turunda səfərdə “Liverpul”u 3:0 hesabı ilə məğlub edib.

“Enfild”də keçirilən qarşılaşmanın taleyi əsasən ikinci hissədə həll olunub. “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx 62-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Say üstünlüyündən yararlanan “Mançester Siti” qısa müddətdə üç qol vurub.

65-ci dəqiqədə Erlinq Holand hesabı açıb, 68-ci dəqiqədə Jeremi Doku fərqi artırıb, 78-ci dəqiqədə isə Rayan Şerki yekun hesabı müəyyənləşdirib – 3:0.

Bu qələbə ilə “Mançester Siti” mövsümün ilk 6 oyununda 6 qələbə qazanaraq 18 xalla turnir cədvəlinin lideri olub.

“Liverpul” isə 9 xalla 9-cu pilləyə geriləyib.

“Mançester Siti” bununla yanaşı, “Enfild”də ardıcıl ikinci liqa qələbəsini qazanıb.

Denmedia.az