Geri qayıt Çap et

Tahir Abdullayevin növbəti UFC rəqibi bəlli oldu - FOTO

Azərbaycanlı yarımorta çəki döyüşçüsü Tahir Abdullayev növbəti UFC döyüşünü noyabrın 21-də Qətərdə keçirəcək.

Onun UFC Qatar turnirində rəqibi avstraliyalı Ceyk Metyus olacaq.

Bu qarşılaşma Abdullayev üçün UFC-də ikinci döyüş olacaq. Azərbaycanlı idmançı indiyədək keçirdiyi yeganə UFC qarşılaşmasında qələbə qazanıb.

Ceyk Metyus isə təşkilatın təcrübəli döyüşçülərindəndir. O, UFC-də indiyədək 16 qələbə və 8 məğlubiyyət əldə edib.

Denmedia.az