Geri qayıt Çap et

Türkiyə Millətlər Liqasına məğlubiyyətlə başladı

UEFA Millətlər Liqasının A Liqasında Türkiyə və Fransa yığmaları üz-üzə gəlib.

İzmitdəki “Kocaeli” stadionunda keçirilən qarşılaşma Fransanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 54-cü dəqiqədə Fransa millisinin hücumçusu Kilian Mbappe vurub. Fransalı ulduz qol epizodunda zədələnib və beş dəqiqə sonra meydanı tərk edib.

Matçın 87-ci dəqiqəsində isə Türkiyə millisinin qapıçısı Uğurcan Çakır qırmızı vərəqə alaraq meydandan qovulub.

Denmedia.az