Geri qayıt Çap et

Aleksandr Plyuşenko Azərbaycan bayrağı altında ilk yarışına çıxdı

İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycan millisinin heyətində debüt edib.

14 yaşlı fiqurlu konkisürən Ankarada keçirilən ISU-nun yeniyetmələr arasında Qran-pri mərhələsində qısa proqram üzrə çıxış edib.

Aleksandr Plyuşenko çıxışına görə 57,12 xal toplayıb və onlayn turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.

Turnirdə idmançını atası və məşqçisi Yevgeni Plyuşenko müşayiət edir.

Denmedia.az