Geri qayıt Çap et

Azərbaycan “Böyük Dəbilqə”də kişilər arasında birinci oldu

Azərbaycan millisi Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində kişilər arasında komanda hesabında birinci yeri tutub.

Azərbaycan yığması yarışda bir qızıl və iki bürünc olmaqla ümumilikdə üç medal qazanıb. Bu nəticə ilə milli ümumi komanda hesabında ilk beşliyə daxil olub, kişilər arasında isə turniri lider kimi başa vurub.

73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev qızıl medal qazanıb. Vüsal Qələndərzadə (81 kq) və Camal Qamzətxanov (+100 kq) isə bürünc medala sahib çıxıblar.

Kişilərin komanda hesabında ikinci yeri bir qızıl və iki bürünc medalla Yaponiya, üçüncü yeri isə bir qızıl və bir bürünc medalla Rusiya tutub.

Denmedia.az