Geri qayıt Çap et

Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.

Turun ikinci oyun günündə “Kəpəz” “Qəbələ”ni qəbul edəcək, “Sumqayıt” isə “Şamaxı” ilə qarşılaşacaq.

“Kəpəz” – “Qəbələ” matçı saat 17:30-da Gəncə şəhər stadionunda başlayacaq.

Günün digər qarşılaşmasında “Sumqayıt” və “Şamaxı” üz-üzə gələcək. SOCAR Polymer Arena-da keçiriləcək görüşün start fiti saat 19:45-də səslənəcək.

Misli Premyer Liqası – V tur, 12 sentyabr:

17:30 – “Kəpəz” – “Qəbələ”
19:45 – “Sumqayıt” – “Şamaxı”

Denmedia.az