Geri qayıt Çap et

Misli Premyer Liqasında IV tur başlayır: Bu gün iki oyun var

Azərbaycan Premyer Liqasında IV tura bu gün iki oyunla start veriləcək.

Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “İmişli”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Turun ikinci matçında isə “Kəpəz” və “Şamaxı” üz-üzə gələcəklər. Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:15-də səslənəcək.

4 sentyabr — Misli Premyer Liqası, IV tur: 18:00 — “Qəbələ” – “İmişli”; 20:15 — “Kəpəz” – “Şamaxı”.

Denmedia.az