Geri qayıt Çap et

“Neftçi SOCAR” Dünya Qadın Seriyasını ikinci pillədə başa vurdu

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.

Bu barədə Denmedia.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

"Ağ-qaralar" 672 xalla ümumi sıralamada ikinci olub.

Xatırladaq ki, "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.