Geri qayıt Çap et

İslam Mahaçev yenə qalib gəldi: UFC-də tarixi rekordunu yenilədi

Rusiyalı MMA döyüşçüsü İslam Mahaçev irlandiyalı İen Maçado Gerriyə qalib gələrək UFC-də ardıcıl qələbələr üzrə yeni rekord müəyyənləşdirib.

UFC-nin məlumatına görə, Mahaçev bununla əvvəl iki çəki dərəcəsində çempion olmuş döyüşçüyə məxsus rekordu geridə qoyub.

Bu qələbə rusiyalı idmançı üçün ardıcıl 15-ci qələbə olub. Mahaçev 2015-ci ildən bəri məğlubiyyətə uğramır.

ABŞ-da keçirilən UFC turniri çərçivəsində baş tutan döyüşdən sonra Mahaçev yüngül çəki dərəcəsində çempionluq titulunu qoruyub.

DenMedia.az