Geri qayıt Çap et

“Qarabağ” “Dinamo”nu keçdi – Pley-offa yüksəldi

Azərbaycanın “Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”suna 2:0 hesabı ilə qalib gəlib və iki oyunun nəticəsinə əsasən pley-off mərhələsinə yüksəlib.

Qarşılaşma Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Kiyevdə baş tutan ilk oyunda “Dinamo” 1:0 hesabı ilə qalib gəlmişdi.

“Qarabağ” hesabı 12-ci dəqiqədə Jali Muaddibin qolu ilə açıb. Meydan sahibləri ikinci hissədə üstünlüyünü artırıb – 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, “Qarabağ” iki oyunun nəticəsinə görə 2:1 hesablı üstünlüklə növbəti mərhələyə vəsiqə qazanıb.

DenMedia.az