Geri qayıt Çap et

Azərbaycan cüdoçuları Niderlandda olimpiya hazırlığı keçir

Azərbaycan cüdo millisinin üzvləri Hidayət Heydərov və Nizami İmranov Niderlandın Papendal şəhərində keçirilən olimpiya təlim-məşq toplanışında iştirak edirlər.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib ki, beynəlxalq təlim-məşq toplanışı Avropa Cüdo İttifaqı tərəfindən təşkil olunub. Azərbaycan idmançılarının hazırlığına federasiyanın vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli rəhbərlik edir.

Toplanışda müxtəlif ölkələrdən aparıcı cüdoçular iştirak edirlər. Proqrama intensiv məşqlər və randori – sərbəst məşq sessiyaları daxildir.

Toplanış idmançılara beynəlxalq səviyyəli cüdoçularla birgə məşq etmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və qarşıdakı yarışlara hazırlaşmaq imkanı yaradır.

Papendaldakı olimpiya təlim-məşq toplanışı 14 avqustadək davam edəcək.

DenMedia.az