Geri qayıt Çap et

“Liverpul” müdafiəsini Arauxo ilə gücləndirdi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo karyerasını “Liverpul”da davam etdirəcək.

“Liverpul” klubunun rəsmi açıqlamasına görə, uruqvaylı futbolçu 2026/27 mövsümünün sonunadək icarə əsasında İngiltərə təmsilçisinin heyətində çıxış edəcək.

Klub bildirib ki, transfer iş icazəsinin alınması və beynəlxalq prosedurların tamamlanmasından sonra rəsmiləşəcək.

Arauxo 2018-ci ildən “Barselona”nın strukturunda çıxış edir və Kataloniya klubunun əsas kapitanıdır. Müdafiəçi “Barselona” ilə birlikdə 8 yerli titul qazanıb.

Ötən mövsüm uruqvaylı futbolçu bütün turnirlərdə “Barselona”nın heyətində 38 oyuna çıxıb və 4 qol vurub.

DenMedia.az