Geri qayıt Çap et

Emil Əliyev yenidən Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçildi

Bakıda anadan olan Emil Əliyev Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) prezidenti vəzifəsinə növbəti 5 il müddətinə yenidən seçilib.

Qərar qurumun hesabat-seçki konfransında qəbul olunub.

Emil Əliyev 2011-ci ildən AMFR-ə rəhbərlik edir. Bundan əvvəl assosiasiyada icraçı direktor və baş direktor vəzifələrində çalışıb. O, həmçinin UEFA-nın futzal və çimərlik futbolu komitəsinin üzvü olub.

Onun rəhbərliyi dövründə Rusiya futzal yığması 2016-cı il dünya çempionatının finalına yüksəlib, Avropa çempionatında isə 5 dəfə final oynayıb və 2 dəfə bürünc medal qazanıb.

Denmedia.az