Geri qayıt Çap et

Ronaldu toyuna Həbib və Makqreqoru dəvət etdi

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Corcina Rodriqeslə toy mərasiminə UFC-nin keçmiş çempionları Həbib Nurməhəmmədov və Konor Makqreqoru dəvət edib.

MMAWeekly-in məlumatına görə, mərasimdə idman dünyasının məşhur simaları ilə yanaşı, Dreyk, Rihanna və Cennifer Lopez, bloqer IShowSpeed və teleaparıcı Pirs Morqan da iştirak edəcək.

Bildirilir ki, Ronaldu və Rodriqesin toyu avqustun 8-də Made y ra adasında, futbolçunun doğulduğu Funşal şəhərində keçiriləcək.

Cütlüyün nikah mərasiminin şəhər katedralında, toy şənliyinin isə beşulduzlu “Savoy Palace” hotelində təşkil olunacağı qeyd edilir.

Denmedia.az