Macarıstan Qran-prisində az rast gəlinən hadisə yaşanıb. Çexiya Prezidenti Petr Pavel yarış həftəsonunu rəsmi qonaq kimi deyil, FIA akkreditasiyasına malik fotomüxbir kimi izləyib.
Habertürkün məlumatına görə, 64 yaşlı dövlət başçısı uzun illərdir məşğul olduğu fotoqrafiya hobbisini Formula 1 trasında davam etdirib. O, peşəkar fotoaparatı ilə "Hunqarorinq"də çəkiliş aparıb.
Petr Pavel trasda tanınmış çex Formula 1 fotoqrafı Jiri Kreneklə birlikdə çalışıb.
Macarıstan siyasətçisi Peter Magyar prezidentlə qarşılaşdıqdan sonra sosial şəbəkədə onunla çəkdirdiyi fotonu paylaşaraq, "Bu gün Hunqarorinqdə qarşılaşdığım fotoqraf Çexiya Prezidenti Petr Paveldir", - deyə yazıb.

