“McLaren”in britaniyalı pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının 11-ci mərhələsi — Macarıstan Qran-prisinin üçüncü sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib.
Norris “Hunqarorinq” trasında ən sürətli dövrəni 1 dəqiqə 17,939 saniyəyə başa vurub.
“Ferrari”nin pilotu Lüis Hemilton liderdən 0,117 saniyə geri qalaraq ikinci, “Mercedes” sürücüsü Kimi Antonelli isə 0,129 saniyə fərqlə üçüncü olub.
Yürüş Serxio Peresin “Cadillac” bolidində əyləclərdən tüstü çıxması səbəbindən qırmızı bayraqlarla müvəqqəti dayandırılıb.